Bağdadinin “kreslosu” təhlükədə: İŞİD-də üsyana hazırlıq gedir
Bizi izləyin

Dünya

Bağdadinin “kreslosu” təhlükədə: İŞİD-də üsyana hazırlıq gedir

İraq və Suriyada bir çox şəhəri ələ keçirərək geniş ərazilərə nəzarət edən, hətta Misir və Liviyada da fəaliyyətini gücləndirən İŞİD terror təşkilatının daxilində müxalif səslər yüksəlməyə başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2006-cı ildən təşkilatın lideri olan Əbubəkr Əl-Bağdadinin son vaxtlar verdiyi bəyanatlar ona yaxın hesab edilən şəxslər tərəfindən müsbət qarşılanmayıb.

Mənfi reaksiyaların səbəbi isə Bağdadinin çox “mülayim” bəyanatlar verməsidir.

İŞİD İraq, Suriya, Fələstin və İordaniya torpaqlarında islam hüququna söykənən bir dövlət qurmaq istəyir. İŞİD-in digər təşkilatlardan fərqi daha radikal baxışlara sahib olmasıdır. Belə ki, təşkilat ona biət etməyən və “İslam dövləti”ni istəməyən hər bir şəxsi və qrupu dindən dönmüş olaraq görür. Ancaq təşkilatın daxilindəki qruplardan biri radikal baxışlara sahib olan Bağdadini “mülayim” hesab edir.

Hətta təşkilat daxilindəki qruplardan biri Bağdadinin özünün kafir olduğunu düşünür. Həmin qrup daxilindəki bəzi din adamları və döyüşçülər Əbubəkr Əl-Bağdadinin bir açıqlamasında Misir, Türkiyə və Fələstin xalqlarını müsəlman hesab etdiyini, buna görə də onun özünün də kafir olduğunu iddia edib. Bu qrup “radikaldan daha radikal” olaraq qiymətləndirilir.

Bağdadinin müxalifləri müşrik (Allaha şərik qoşan) hesab etdikləri Suriya və İraq xalqlarından zəkat topladığına görə İŞİD liderləri və döyüşçülərinin də müşrik olduğunu elan edib. İddialara görə, “radikaldan daha radikal qrup” İŞİD rəhbərliyinə qarşı silahlı üsyan etməyi planlaşdırır.

Mütəxəssislər daxilində fikir ayrılıqları olan təşkilatın ömrünün uzun olmayacağını bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm