• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Almaniya Yunanıstana vaxt vermədi: borc qaytarılmalıdır

  • Dünya
  • 19 Fevral 2015 19:21
  • 462 Baxış
Almaniya Yunanıstana vaxt vermədi: borc qaytarılmalıdır

Yunanıstanın avro bölgəsinə təklif etdiyi 6 aylıq “körpü razılaşması” qəbul edilməyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təklif Almaniya tərəfindən rədd edilib.

Yunanıstan bu gün 240 milyard avro borcu üçün 6 aylıq “körpü razılaşması” təklif edib. "Körpü razılaşması” ölkəyə iyun ayına kimi vaxt qazandırması və 240 milyard avroluq borcun ödənilməsi üçün yeni sazişin razılaşdırılmasını nəzərdə tuturdu.

Almaniya Maliyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Afinanın təklifi avro bölgəsinin bazar ertəsi müəyyənləşdirdiyi meyarlara cavab vermir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR