Putin buna nə deyəcək: “T-72 tankını orada verdilər” - VİDEO
Bizi izləyin

Dünya

Putin buna nə deyəcək: “T-72 tankını orada verdilər” - VİDEO

Donbas hövzəsində döyüşən separatçıların Rusiyada təlim aldığını göstərən növbəti görüntülər yayılıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna hərbçilərinə əsir düşən separatçılardan biri Rusiyada hərbi təlim aldığını bildirib.

O, T-72 rus tankının komandiridir.

“Təlim Taqanroq (Rostov vilayətində yerləşən şəhər – Ö.D.) şəhərinin yaxınlığında yerləşən poliqonda keçirilirdi. Təlimdən sonra T-72 tankını da orada verdilər”, - Donetsk vilayətinin Şirokino qəsəbəsi yaxınlığında əsir düşən döyüşçü deyib.

Qeyd edək ki, Rusiyanın İTAR-TASS dövlət xəbər agentliyinin fotomüxbiri Roman Saponkov bir neçə gün əvvəl separatçıları və Moskvanı çətin vəziyyətə salacaq görüntüləri yayımlayıb. Görüntülər Donbas hövzəsində atəşkəs rejimi barədə razılaşmanın qüvvəyə minməsindən sonra lentə alınıb.

Görüntülərə görə, Rusiya artilleriyası Debaltsevoda ukraynalılara atəş açır. Bu isə separatçıların atəşkəs rejiminə riayət etdikləri barədə rəsmi Moskvanın iddialarını alt-üst edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm