Liderlər arasında telefon danışığı olub
Bizi izləyin

Dünya

Liderlər arasında telefon danışığı olub

“Normand dördlüyü” ölkələrinin rəhbərləri – Angela Merkel, Petr Poroşenko, Fransua Olland və Vladimir Putin arasında telefon danışığı olub.

Publika.az-ın məlumatına görə, telefon danışığında Debaltseva şəhərində baş verən hadisələr, fevralın 12-də Belarusun paytaxtında əldə edilən razılaşmalara əməl olunmasının vacibliyi müzakirə olunub.

Telefon danışıqları zamanı tərəflərin hərtərəfli atəşkəsə nail olmaq və ATƏT-in nəzarəti altında ağır texnikanın geriyə çəkilməsi üçün yekdil razılıq ifadə etdiklərini bildirən Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert eyni zamanda əsirlərin dəyişdirilməsinə başlamağın da vacib olduğunu qeyd edib.

Zaybert bundan başqa dörd ölkənin (Almaniya, Ukrayna, Fransa və Rusiya) xarici işlər nazirlərinin yaxın günlərdə Minskdə əldə olunmuş razılaşmanın yerinə yetirilməsini yenidən müzakirə edəcəklərini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm