ABŞ son 80 ilin rekorduna nail oldu
Bizi izləyin

Dünya

ABŞ son 80 ilin rekorduna nail oldu

Son bir həftə ərzində ABŞ neft ehtiyatları (buraya dövlətin strateji ehtiyatları daxil deyil) 7,7 milyon barrel artaraq 425,6 milyon barrelə çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Energetika Nazirliyi bildirib.

Bu göstərici son 80 ilin rekordudur. Benzin ehtiyatları 500 min barreldə və ya 0,2 faiz artaraq 243,1 milyon barrel olub. Fevralın 11-də ABŞ neft hasilatı üzrə dünyada birinci yerə çıxıb. 2014-cü ildə Birləşmiş Ştatlar gündəlik 11,81 milyon barrel neft hasil edirdi. Rusiya isə 10,93 milyon barrel ilə ikinci yerdə qərarlaşıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm