• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əsgərin başını kəsmək istədi – İTTİHAM

  • Dünya
  • 20 Fevral 2015 08:23
  • 445 Baxış
Əsgərin başını kəsmək istədi – İTTİHAM

İngiltərədə yaşayan Konqo əsilli yeniyetmə terror aktı törətməyə cəhddə ittiham olunur.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Bruştoma Ziamaninin Londonda əsgərin başını kəsməyi planlaşdırdığı bildirilir.

Amma onun özü bu ittihamı rədd edir. Ziamani barəsində məhkəmə hökmü martın 20-da elan ediləcək. O, 2014-cü ilin avqustunda saxlanılıb. Təxmin edilir ki, Ziamani terror aktını həyata keçirmək üçün hərbi bazaya gedimiş. Onun üzərindən qara islam bayrağına bükülmüş 30 santimetrlik bıçaq və çəkic tapılıb.

İslamı qəbul edən Ziamani “Al-Muxadjirun” radikal təşkilatının təsiri altına düşüb. Fəaliyyəti Böyük Britaniyada qadağan edilən təşkilat ümumdünya xilafətin yaradılması dəstəkləyir. O, 2013-cü ildə britaniyalı əsgər Li Riqbini öldürən Nigeriya sakinlərinin hərəkətinı bəyəndiyini etiraf edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR