BMT Liviya ilə bağlı qətnamə qəbul etdi
Bizi izləyin

Dünya

BMT Liviya ilə bağlı qətnamə qəbul etdi

BMT-nin Təhlükəsizlik Şurası Liviya ilə bağlı qətnamə lahiyəsi hazırlayıb.

Publika.az xəbər verir ki, qətnaməyə Liviya hökumətinə qoyulmuş hərbi embarqonun ləğvi, qruplaşmalara silah göndərilməsinin qarşısının alınması və beynəlxalq ictimaiyyətin dəstəklədiyi Liviya hökumətinin paytaxt Tripoliya geri dönməsi daxildir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Liviyadakı böhranla bağlı növbədənkənar iclas keçirib. Ölkədə beynəlxalq ictimaiyyətin dəstəklədiyi hökumət və hərbi dəstələr 2011-ci ildə Müəmmar Qəzzafinin devrilməsindən sonra hakimiyyət və ərazi uğrunda mübarizə aparır. İclasın keçirilməsi Liviyada İslam Dövləti qrupunun 21 misirli xristianın başını kəsməsindən sonra qərarlaşdırılıb.

Liviyanın xarici işlər naziri Məhəmməd Əl-Dairi ölkədəki böhranı fəlakət adlandıraraq, şüranın sülh və stabilliyi qorumaqda məsuliyyət daşıdığını deyib.

Xarici işlər naziri Liviyanın beynəlxalq hərbi müdaxilə istəmədiyini vurğulayıb.

Liviyaya 2011-ci ildən bəri silah embarqosu tətbiq edilib. Hazırda Tobrukda fəaliyyət göstərən beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən hökumət BMT-dən müəyyən silahların ölkəyə satılmasına icazə verilməsini istəyib. Ancaq təşkilat embarqonun qaldırılması ilə satılacaq silahların Liviyadakı militant qrupların əllərinə keçəcəyindən narahatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm