• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Güləndən əmr: “Ərdoğanın qızını öldürün” - ŞOK İDDİA

  • Dünya
  • 20 Fevral 2015 11:24
  • 1 170 Baxış
Güləndən əmr: “Ərdoğanın qızını öldürün” - ŞOK İDDİA

ABŞ-ın Pensilvaniya ştatında yaşayan camaat lideri Fəthullah Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan üçün ölüm əmri verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qanlı plan “Twitter”də “fuatavni” hesabını idarə edən Emer Uslu tərəfindən Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Umut Orana çatdırılıb.

Plan Türkiyənin kəşfiyyat qurumları tərəfindən deşifrə edilib. İddiaya görə, yanvar ayının son günlərində aparılan müzakirələrdə 7 iyun parlament seçkiləri öncəsi Ərdoğanı zəiflətmək üçün qızı Sümeyye Ərdoğan hədəf alınıb. Emre Uslu Orana amerikalı muzdlu qatil tutduqlarını söyləyib. Uslu Orana “Hocaəfəndi ilə danışdım, maliyyə baxımdan problem yoxdur, sizə istədiyiniz qədər pul veriləcək, amma seçkiləri qazanın. İsrail və ABŞ-ın yanında yalançı olmayaq” deyib.

Emre Uslu muzdlu qatilin bir psixopat olduğunu bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR