• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kiyevdə nümayişçiləri Putinin köməkçisi qırdırıb - RƏSMİ

  • Dünya
  • 20 Fevral 2015 14:14
  • 1 126 Baxış
Kiyevdə nümayişçiləri Putinin köməkçisi qırdırıb - RƏSMİ

Rusiya Federasiyası prezidentinın köməkçisi Vladislav Surkov 2014-cü ilin fevralında Kiyevdə Maydan hadisələrində snayper qruplarına rəhbərlik edib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Valentina Nalivayçenko ölkəsinin “1+1” telekanalının efirində deyib.

O qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi bölməsinin əməkdaşlarının həyata keçirdiyi dindirmələr zamanı alınan informasiyalara istinad edir.

“Onlar xarici snayper qruplarının yeri haqqında konkret məlumatlar verdilər. Snayperlər mitinq iştirakçılarını və Daxili İşlər Nazirliyinin əməkdaşlarını hədəf alıb. Qanun keşikçiləri Ukraynada bu cür qrupların fəaliyyəti barədə sənədli sübutlara malikdirlər: onların soyadları, pasportların surətləri, Ukraynaya giriş-çıxış tarixləri, malik olduğu əlaqələr, yerləşdirildikləri yerlər və sair. Onlara Rusiya prezidentin məsləhətçisi Surkov rəhbərlik edib”, - Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı vurğulayıb.

Xatırladaq ki, 19 fevral 2014-cü il tarixində Təhlükəsizlik Xidməti Maydanda mitinqi dağıtmaq üçün anti-terror əməliyyatı rejimini elan edib. Fevralın 20-də isə Kiyevin İnstitut küçəsində mitinq iştirakçıları və hüquq-mühafizə orqanlarının əməkdaşlarına snayperlərdən atəş açılıb. Ukrayna Səhiyyə Nazirliyinin məlumata görə, 18-20 fevral tarixlərində 75 nəfər həlak olub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR