Olland və Merkel Donbası Putinə “satdı” – Şok iddia
Bizi izləyin

Dünya

Olland və Merkel Donbası Putinə “satdı” – Şok iddia

Fevralın 12-də Belarusun paytaxtı Minskdə “Normandiya dördlüyü”nün (Rusiya, Ukrayna, Fransa və Almaniya) iclasında Donbas hövzəsində atəşkəs razılaşması imzalandı. Atəşkəs razılaşması 15 fevral saat 00:00-dan tarixindən qüvvəyə minirdi. Separatçıların yarımmühasirə vəziyyətində olan Debaltsevo nəqliyyat qovşağına güclü hücumları Minsk görüşündən bir neçə gün əvvəl başlamışdı və gözlənirdi ki, atəşkəs razılaşmasının qüvvəyə minməsinə kimi şəhəri ələ keçirmək istəyəcəklər. Lakin bu mümkün olmadı.

Təmas xəttinin digər istiqamətlərindən fərqli olaraq, strateji əhəmiyyətli dəmiryol qovşağı olan Debaltsevoda hərbi əməliyyatlar fevralın 15-dən sonra da davam etdirildi. Fevralın 18-də separatçıların güclü təzyiqi altında Ukrayna ordusu 10 günlük sərt döyüşlərdən sonra mövqeləri tərk etdi. Avropa Birliyinin fikrincə, Debaltsevo ərazidə atəşkəs rejiminin açıq pozuntusu baş verib. Amma Moskvanın sözlərinə görə, bu “istisna” Minsk razılaşmalarını şübhə altına qoymur.

Publika.az xəbər verir ki, ABŞ-ın “The Washington Post” qəzet Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Şərqi Ukraynanın Putinə ötürülməsi haqqında razılaşıblar.

ABŞ nəşri hesab edir ki, məhz buna görə də Rusiyanın hücumu maneəsiz davam edir: “Hanı Qərb liderləri? Hamı onunla razılaşdı ki, sülh razılaşmasının genişmiqyaslı pozuntusu baş verib. Amma atəşkəs rejiminin pozulmasına görə məsuliyyəti Putin rəhbərliyinin üzərinə qoymaq üçün praktik olaraq heç bir gözəçarpan addıma təşəbbüs edilmədi. Prezident Barak Obama yaxın vaxtlara qədər onunla öyünürdü ki, kollektiv Amerika-Avropa cavab hərəkətlərinə rəhbərlik edir. Amma bir həftə sonra Almaniya kansleri Merkel və Fransa prezidenti Fransua Olland Şərqi Ukraynanın Putinə ötürülməsi haqqında razılaşdılar. Rusiya qoşunları daha hansı regionlara hücuma keçməlidir ki, Obama öz strateji səbrindən imtina etsin?”

“Putin Olland, Merkel və Poroşenko ilə Minsk danışıqlarının gedişatında tələb edirdi ki, Debaltsevoda mühasirədə olan Ukrayna qoşunları təslim olsunlar. Putin məhz buna görə atəşkəsin razılaşmanın imzalanmasından yalnız dörd gün sonra qüvvəyə minməsinə nail oldu. Putin lap əvvəldən separatçılara Debaltsevonu götürməyə imkan vermək fikrində idi. Amma şəhərin alınması üçün dörd gün az oldu”, - ukraynalı politoloq Nikolay Petrov bildirir.

“Le Temps” nəşrində siyasi ekspert Veronika Dorman qeyd edir ki, Debaltsevonun itirilməsi Ukrayna münaqişəsində həlledici an ola bilər. Dorman inanmır ki, separatçılar bu qələbə ilə Kiyev, Paris, Berlin və Moskva qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəklər. Onun sözlərinə görə, separatçılar Qərbə, həmçinin liman şəhəri və Krıma uzanan quru dəhlizin üzərində yerləşən Mariupola hücumu davam etdirəcəklər.

“The Washington Post” qəzeti hesab edir ki, çərşənbə günü Ukrayna hərbi güclərinin güclü atəş altında Debaltsevodan geri çəkilərək ağır məğlubiyyətə uğraması Kiyev rəhbərliyini narahat etməlidir. Amerika nəşri məğlubiyyətin Pyotr Poroşenkonun mövqelərinə ciddi zərbə vurduğunu düşünür.

Böyük Britaniyanın “The Times” yazır ki, Putin Avropanın xəritəsinin güc hesabına dəyişdirilməsi kampaniyasını açıq şəkildə icra edir. Qəzet qeyd edir ki, Qərb yenidən qruplaşmalı, NATO Şərq sərhədlərini möhkəmləndirməli və sanksiyaları amansızlaşdırmalıdır. Qəzet Kreml elitasının maliyyə aktivlərinin dondurulmasını, Rusiyanın qlobal iqtisadiyyata girişinin məhdudlaşdırılmasını, həmçinin SWIFT sistemindən kənarlaşdırılmasını məsləhət görür.

“Bundan başqa, Baltika ölkələrində NATO-nun bazalarını möhkəmləndirmək və ittifaqın bütün ölkələrində ümumi daxili məhsulun ən azı 2 faizini müdafiəyə xərcləmək lazımdır. İndiyə qədər Putini işlətdiyi cinayətlərinə görə mükafatlandırırlar. Putinin tanklarını dayanmağa məcbur etmək lazımdır, əks halda, o dayanmayacaq”, - Britaniya nəşri yazır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm