• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Müxalifət triosu” parçalandı: “İrs” “erməni Maydanı”nda tək qaldı - VİDEO

  • Dünya
  • 20 Fevral 2015 17:44
  • 399 Baxış
“Müxalifət triosu” parçalandı: “İrs” “erməni Maydanı”nda tək qaldı - VİDEO

Ermənistanın paytaxtı İrəvanın “Azadlıq” meydanında müxalifət üçlüyünün "İrs” partiyasının təşəbbüsü ilə mitinq keçirilib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, minlərlə insanın qatıldığı mitinqdə hakimiyyətin dərhal istefa verməsi, yeni prezident və parlament seçkilərinin keçirilməsi tələbləri səsləndirilib.

Mitinqdə çıxış edən “İrs” partiyasının lideri Raffi Ovannisyan digər müxalifət liderləri – “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyan və Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyanı mitinqə qatılmağa çağırıb.

O, Ermənistanın siyasi sahəsində siyasi üçlüyün (parlament güclərinin “triosu” – “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs” Partiyası – Ö.D.) mövcud olmadığını bildirib.

Siyasətçinin sözlərinə görə, keçən bazar günü onun sevincinin hüdudu olmayıb: “Çünki siyasi üçlük fevralın 20-də birgə mitinqin keçirilməsi barədə razılığa gələrək qərar qəbul etmişdi. Bu, möcüzə idi. Ancaq sonra nə oldu, mən şərh etmək istəmirəm. İlk dəfə birinci prezident, Ermənistanda ən zəngin insanlardan biri və diasporanın nümayəndəsi Ermənistanda azad və ədalətli seçkilərin keçirilməsinə nail olmaq üçün birləşdilər. Ancaq təəssüf ki, onlar bu burada yoxdurlar”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR