Ukraynanın 110 hərbçisi əsir düşdü
Bizi izləyin

Dünya

Ukraynanın 110 hərbçisi əsir düşdü

Donetsk vilayətinin Debaltsevo rayonunda gedən döyüşlərdə Ukraynanın 110 hərbi qulluqçusu əsir götürülüb.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının sözçüsünün səlahiyyətlərini müvəqqəti icra edən Vladislav Seleznyov bildirib.

“Debaltsevoda gedən döyüşlərdə Ukraynanın 110 hərbi qulluqçusu əsir düşüb. İtkin düşən 82 hərbi qulluqçudan 51-nin taleyi haqqında məlumat əldə olunub. 31 hərbi qulluqçunun taleyi isə naməlumdur. Amma onların olduğu yerin müəyyən olunması istiqamətində işlər davam edir”, - Seleznyov deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm