• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Yanukoviçin telefon danışıqları açıqlandı

  • Dünya
  • 20 Fevral 2015 20:42
  • 811 Baxış
Yanukoviçin telefon danışıqları açıqlandı

“İstintaq Rusiyanın güc strukturlarının nümayəndələri ilə Viktor Yanukoviçin şəxsi telefon danışıqlarını əldə edə bilib. Onlar əvvəlcədən nümayişçilərin güllələməsinə birlikdə hazırlaşırdılar”.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərliyi bu günlərdə mənə məlumat verib ki, “Alfa” qrupu tərəfindən dindirilən şəxslər Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun Maydanda snayper qruplarına rəhbərlik etdiyini bildirib”, - Ukrayna prezidenti vurğulayıb.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Valentina Nalivayçenko ölkəsinin “1+1” telekananlının efirində Rusiya Federasiyası prezidentinın köməkçisi Vladislav Surkovun 2014-cü ilin fevralında Kiyevdə Maydan hadisələrində snayper qruplarına rəhbərlik etdiyini deyib.

“Onlar xarici snayper qruplarının yeri haqqında konkret məlumatlar verdilər. Snayperlər mitinq iştirakçılarını və Daxili İşlər Nazirliyinin əməkdaşlarını hədəf alırdı. Qanun keçikçiləri Ukraynada bu cür qrupların fəaliyyəti barədə sənədli sübutlara malikdirlər: onların soyadları, pasportların surətləri, Ukaynaya giriş-çıxış tarixləri, malik olduğu əlaqələr, yerləşdirildiyi yerlər və sair. Onlara Rusiya prezidentin məsləhətçisi Surkov rəhbərlik edirdi”, - Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR