Türkiyədə Suriya üçün xüsusi döyüşçülər hazırlanacaq
Bizi izləyin

Dünya

Türkiyədə Suriya üçün xüsusi döyüşçülər hazırlanacaq

ABŞ və Türkiyə Suriya müxalifətinə birgə təlim keçmək və silahlandırmaqla bağlı razılaşma imzalayıb.

Publika.az xəər verir ki, razılaşmaya əsasən bu qruplar sonradan "İslam dövləti" yaraqlıları ilə mübarizə aparacaqlar. Türkiyənin mərkəzi hissəsində baş tutacaq hazırlıq martda başlayacaq və onun ilk buraxılışı ilin sonuna təsadüf edəcək.

Razılıq Vaşinqton və Ankara arasında bir sıra açıq fikir ayrılıqlarından sonra əldə olunub. ABŞ israr edirdi ki, əsas hədəf radikal islamçılar olmalıdır. Türkiyə isə Suriya prezidenti Bəşər Əl-Əsədin devrilməsini də eyni dərəcədə vacib vəzifə hesab edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm