Aİ və Britaniya Rusiyanın hərəkətlərini düz təhlil etməyib
Bizi izləyin

Dünya

Aİ və Britaniya Rusiyanın hərəkətlərini düz təhlil etməyib

Böyük Britaniya və Avropa İttifaqı Ukrayna böhranı ərəfəsində Rusiyanın əhval-ruhiyyəsinin faciəvi şəkildə səhv qiymətləndirib.

Publika.az-ın məlumatına görə, bu barədə Britaniya Parlamentinin Lordlar Palatasının Aİ ilə işlər komitəsinin yaydığı açıqlamada bildirilir. Məlumatda deyilir ki, Aİ Rusiyanın Ukrayna ilə bağlı planlarını vaxtında anlaya bilməyib, Britaniya isə münaqişənin həlli üçün kifayət qədər fəaliyyət göstərməyib.

Lordlar buna səbəbi büdcə azaltmaları nəticəsində Xarici İşlər Nazirliyinin Rusiya barədə təhlilçilərin ixtisarlarında görür. Komitə üzvləri vurğulayır ki, eyni proseslər digər Avropa ölkələrində getdiyi üçün diplomatların vəziyyətin həllinə müdaxilə edə bilmir.

"Aİ Rusiyanın demokratik ölkəyə çevriləcəyini ümid edərək uzun müddət Moskva ilə münasibətləri optimistcəsinə qurmağa çalışıb. Bu səbəbə görə, 2013-cü ildə məsələ Ukraynanın Aİ-ə assosiasiyası barədə razılaşma imzalanmağa qədər getdi və heç kim gözləmirdi ki, Rusiyanın buna acıqlı münasibət göstərər.

Həmçinin Moskvanın bu barədə uzun müddətli planlarını da Aİ-də heç kim analiz etməyib", - məlumatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm