Kiyevdə Maydan hərəkatının qurbanları anılır
Bizi izləyin

Dünya

Kiyevdə Maydan hərəkatının qurbanları anılır

Ukraynanın paytaxtı Kiyevdə keçmiş prezident Viktor Yanukoviçin devrilməsi ilə nəticələnən etirazçılarla polis arasındakı toqquşmaların ildönümünü qeyd edir.

Publika.az xəbər verir ki, bir il öncə Maydanda - Kiyevin mərkəzi Müstəqillik Meydanında baş vermiş zorakılıq nəticəsində 100-dən çox insan həlak olub. Yanukoviçin əleyhinə olan və "AvroMaydan inqilabı" adlandırılmış üsyan zamanı böyük izdiham Avropa İttifaqı ilə pakt tələb edirdi.

Avropapərəst Prezident Petro Poroşenko ölkənin şərqindəki uğursuz münaqişənin ardından xalqa müraciət edəcək. Rusiyapərəst üsyançılar isə iki gün əvvəl Ukrayna qoşunlarını vacib Debaltseva şəhərindən çıxardıblar.

Gecə saatlarında isə Maydanda şeir, konsert, milli himni ifa edəcək xor və Ukrayna Milli Simfonik Orkestrinin ifasında Motsartın Rekviyemi səsləndiriləcək.

Moskvanın siyasi müttəfiqi olan Yanukoviç 2014-cü ilin fevralında ölkəni tərk edib, lakin tezliklə Rusiyanın cənubundakı Rostov-na-Donu şəhərində üzə çıxıb. Yanukoviç "qanunsuz çevriliş" nəticəsində devrildiyini bildirərək buna görə Kiyevdə hakimiyyəti ələ keçirmiş "faşistləri" günahlandırmışdı.

2013-2014-cü ilin sərt qış vaxtı Maydanda məskunlaşmış etirazçılar qurduqları barrikadalar və yandırdıqları təkərlərlə polisi kənarda saxlamağı bacarmışdılar. Maydan toqquşmalarında həlak olanların əksəriyyəti snayperlə vurulmuş, bir neçə uniformalı polisin isə etirazçılara atəş açdığı lentə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm