• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Kreml separatçıları donmaqdan xilas etdi

  • Dünya
  • 21 Fevral 2015 06:35
  • 497 Baxış
Kreml separatçıları donmaqdan xilas etdi

Rusiya Ukraynanın Donbas hövzəsinin təbii qazla təhcizatına başlayıb.

Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev Təhlükəsizlik Şurasının iclasında bildirib.

Baş nazirin sözlərinə görə, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin separatçıların nəzarəti altında olan rayonları istehlak üçün lazım olan həcmdə təbii qaz alacaqlar. Dmitri Medvedev qeyd edib ki, qaz adi marşrutla deyil, alternativ marşrutlarla Donbas hövzəsinə çatdırılacaq.

Separatçıların işğal altındakı rayonlara gündəlik 12 milyon kubmetr qazın çatdırılması nəzərdə tutulur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR