• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Məhkuma sınaqdan keçirilməmiş zəhər vuruldu - FOTO

  • Dünya
  • 21 Fevral 2015 06:57
  • 547 Baxış
Məhkuma sınaqdan keçirilməmiş zəhər vuruldu - FOTO

ABŞ-da edam üsulları yenidən gündəmdədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hüquq müdafiəçiləri edamlar zamanı istifadə edilən zəhərli iynənin Konstitusiyaya uyğun olmadığını bildirir.

Oklahoma Ali Məhkəməsi də bu günlərdə zəhərli iynənin tərkibinin açıqlanmasını qadağan edən qanuna etiraz səbəbilə iki nəfərin edamını təxirə salıb. Məhkəmə edama məhkum olunan şəxsin zəhərli iynənin tərkibini bilmə haqqının olduğu barədə hökm çıxarıb.

Ohayo ştatında 25 il əvvəl hamilə bir qadına təcavüz edib öldürən məhkum daha əvvəl heç sınaqdan keçirilməmiş dərman qarışığı ilə edam edilmiş və məhkum 25 dəqiqə kəskin ağrılardan sonra ölmüşdü.

ABŞ-da hazırda 32 ştatda ölüm cəzası tətbiq olunur. Ölkədə 1976-cı ildən indiyə kimi 1376 nəfər edam edilib. Hazırda 4 minə yaxın məhkum edamını gözləyir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR