
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Tevanik” filmi mayda ekranlara çıxacaq.
AzVision.az xəbər verir ki, erməni kinematoqrafçıları litvalı
həmkarları ilə birlikdə Dağlıq Qarabağ haqqında yeni film çəkirlər.
“Tevanik” adlı filmdə söhbət 14 yaşlı 3 erməni uşağının müharibə
fonunda dəyişən taleyindən bəhs olunur.
Filmin rejissoru Civan Avetisyanın sözlərinə görə, film bütünlüklə,
Dağlıq Qarabağda çəkilib. Litvalı bəstəkar Yonas Yurkunas simfonik
orkestrin müşayəti ilə filmə mahnı bəstələyəcək.
Bundan başqa litvalı ekspertlər filmin rəng, qrafika, xüsusi
effektləri üzərində çalışacaq. “Tevanik” filminin mayda keçiriləcək
Kann kinofestivalında təqdim olunması gözlənilir.
Çəkilişlərdə maliyyə dəstəyini “Dağlıq Qarabağ hökuməti” və “Ermənistan Kino Mərkəzi” göstərib.