Partlayışda deputatlar da həlak olub
Bizi izləyin

Dünya

Partlayışda deputatlar da həlak olub

Radikal islamçıların Somali paytaxtında törətdiyi partlayışda azı 15 nəfər ölüb.

Publika.az xəbər verir ki, ölənlər arasında millət vəkilləri, mer müavini də olub. Verilən məlumata görə, Moqadişunun mərkəzindəki "Central Hotel"in yanında əvvəlcə avtomobil partladılıb, sonra isə kamikadze qadın özünü hotelin məscidində partladıb. Bundan sonra bir qrup yaraqlı hotelə hücum edib.

Hotel prezident sarayının bir neçə kilometrliyində yerləşir.

Somalidəki al-Shabab yaraqlıları İslam dövləti qurmağa çalışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm