Yunanıstana 4 ay möhlət verildi
Bizi izləyin

Dünya

Yunanıstana 4 ay möhlət verildi

Avropa Qrupu - avrozonanın maliyyə nazirləri şurası Yunanıstana yardım proqramının müddətini 4 aylığına uzatmağa razı olub.

Publika.az xəbər verir ki, bu, Avropa Qrupu ilə Yunanıstan arasında danışıqların davamı və kompromisin əldə edilməsi üçün vaxtın azlığına görə edilib. Yunanıstan əvvəlki hökumətlərin yardım proqramı müqabilində aparmağı söz verdikləri islahatlara davam edəcəyini söz verib.

Yunanıstanın yeni hökuməti onlara verilmiş borcun bir hissəsinin silinməsini və yardım proqramının müqabilində tələb edilən kütləvi ixtisar və büdcə xərclərinin azaldılması siyasətinə son qoyulmasını istəyir. Əgər danışıqlar nəticə verərsə, 4 aydan sonra Yunanıstana yardım proqramının vaxtı uzadılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm