Ukrayna oliqarxları Poroşenkonu devirmək üçün mərkəz yaradacaq – İDDİA
Bizi izləyin

Dünya

Ukrayna oliqarxları Poroşenkonu devirmək üçün mərkəz yaradacaq – İDDİA

“Ukrayna ordusunun Debaltsevoda məğlubiyyəti bir il ərzində ölkədə ikinci dövlət çevrilişi üçün əsas yaradacaq və prezident Pyotr Poroşenkonun siyasi karyerasının sonu olacaq”.

Publika.az xəbər verir ki, bu proqnozla amerikalı politoloq və publisist Mayk Uitni çıxış edib.

“Dağıdılmış könüllü batalyonların qəzəbli döyüşçüləri Kiyevə qayıdacaq və Ukrayna oliqarxları Pyotr Poroşenkonun rejiminin devrilməsinə sponsorluq edəcək yeni siyasi mərkəz yaradacaq. Ukrayna prezidenti Debaltsevodakı müvəffəqiyyətsizlik üçün məsuliyyət daşıyır. O, tamamilə xəbərdar edilmişdi ki, Ukrayna ordusu mühasirəyə alınıb, ancaq prezident hökumətdəki ekstremistləri sakitləşdirmək üçün orduya mövqelərində qalmağı əmr verdi. Bu səhv daha dəhşətli görünür. Nəzərə alaq ki, müvəffəqiyyətsizlikdən qaçmaq mümkün idi”, - Mayk Uitni hesab edir.

Ekspertin fikrincə, Ukrayna məğlubiyyətin ağrısını ABŞ-la bölməlidir: “Debaltsevo Vaşinqton tərəfindən dəstəklənən Ukrayna ordusunun on il ərzində ən böyük uğursuzluğu oldu. İndi aydın oldu ki, Kiyev Qərb müttəfiqlərinin birbaşa hərbi dəstəyi olmadan döyüş əməliyyatlarını davam etdirməyə qadir deyil. Məğlubiyyət ona gətirib çıxardı ki, ümidsiz Poroşenko Qərb müttəfiqlərindən sülhməramlılarını münaqişə zonasında yerləşdirməyi xahiş edir”.

Politoloqun fikrincə, Ukrayna prezidenti Qərb sülhməramlıları dəvət etməklə məğlubiyyətini etiraf edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm