Ukraynanın 500 hərbçisi Debaltsevoda mühasirədə qalıb
Bizi izləyin

Dünya

Ukraynanın 500 hərbçisi Debaltsevoda mühasirədə qalıb

Ukraynanın 500-ə qədər hərbi qulluqçusu hazırda Debaltsevoda mühasirədədir.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası” separatçı qurumun “Müdafiə Nazirliyi”ndən bildirilib.

“Debaltsevo ərazisində bizim hesablamalarımıza görə, Ukraynanın təxminən 500 hərbçisi mühasirədədir. Onlar ayrı-ayrı qruplar şəklində mühasirədən çıxmağa çalışırlar. Buna görə toqquşmalar baş verir”, - separatçılar bildirir.

Separatçılar qeyd edir ki, Debaltsevo şəhərində döyüşlər praktik olaraq başa çatdırılıb və şəhər bütövlükdə onların nəzarəti altına keçib. Kiçik miqyaslı toqquşmalar isə şəhərin ətrafındakı yaşayış məntəqələrində baş verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm