• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İŞİD-dən dünyanı sarsıdacaq addım

  • Dünya
  • 21 Fevral 2015 19:33
  • 978 Baxış
İŞİD-dən dünyanı sarsıdacaq addım

İŞİD uşaqlara silahdan istifadə və kamikadze kimi canlı bomba olmağı öyrədir.

Publika.az xəbər verir ki, BMT-nin Suriya üzrə Araşdırmalar Komissiyasının yaydığı hesabata görə, İraqda qaçırılan yezidi qadınlar Suriyada satılır, cinsi istismara məruz qalır və İŞİD döyüşçüləri tərəfindən qənimət kimi istifadə olunur.

Hesabatda indiyə qədər Suriyada 5 min məktəbin bağlandığı, məktəblərə edilən hücumlar nəticəsində 160 uşağın öldürüldüyü deyilir. Həmçinin, İŞİD uşaq düşərgələri quraraq onlara silahdan istifadəni öyrədir. Terror təşkilatı uşaqlardan canlı bomba kimi də istifadə edir.

Komissiyanın sədri Paulo Pinherio Suriyada insanların son dörd ildə aclıq çəkdiyini deyir: “Bir çox insan aclıqdan öldü. Əsəd hakimiyyətinin bir tərəfdən apardığı müharibə, digər tərəfdən İŞİD-in hücumları insanları didərgin salıb”.

Komissiya martın 17-də BMT-də bu məsələləri qaldıracaq.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR