Nazarbayevin nikahdankənar oğlu: Prezidentə şəbədə qoşublar - FOTOLAR
Bizi izləyin

Dünya

Nazarbayevin nikahdankənar oğlu: Prezidentə şəbədə qoşublar - FOTOLAR

Nazarbayevin nikahdankənar oğlu: Prezidentə şəbədə qoşublar - FOTOLAR

Qazaxıstanda zarafatla deyirlər: “Əgər mən Nursultan olsaydım, üç arvad alardım”



Dünyanın bir çox ölkəsində prezidentlər bir neçə dəfə evlənir, yaxud uzun müddət hansısa xanımla vətəndaş nikahında yaşayırlar. Bir çox dövlət başçıları bunu qətiyyən gizlətmirlər, mətbuatda da bu haqda yazılır. Hətta keçmişdə olduğu kimi, indi də arvadbazlıqları ilə tanınan liderlər var. Amma rəsmi nikahda olub, sevgi məsələsində “sola gedənlər” də az deyil.

Qazaxıstanda yüksək hakimiyyət səviyyəsində qeyri-adi hadisə baş verib. Ölkə prezidenti Nursultan Nazarbayev elə bir şey edib ki, belə bir olay postsovet məkanında yalnız onun belaruslu həmkarı Aleksandr Lukaşenkonun adı ilə bağlıdır. Belarus prezidenti artıq neçə ildir bütün dünyaya qanunsuz nikahdan olan oğlunu təqdim etmədən çəkinmir, onu hətta rəsmi səfərlərdə də Lukaşenkonun yanında görmək mümkündür. 2010-cu il martın 4-də Qazaxıstan televiziyası Astanada kontinental hokkey liqasının Qaqarin adına kubokunda Qazaxıstanın “Barısom” və Maqnitorski şəhərinin “Metallurq” komandaları arasında keçirilən hokkey matçından birbaşa reportaj verirdi.

İkinci hissənin əvvəlində kameralar VİP-lojada mühafizəçilərindən başqa 71 yaşlı dövlət başçısının yanında oturan kiçik bir oğlan uşağını da göstərirlər. Loyada Nazarbayevin sol tərəfində Qazaxıstan hokkey federasiyasının prezidenti, “Qazaxıstan dəmir yolları” şirkətinin rəhbəri Askar Mamin və parlamentin aşağı palatasının spikeri Nurlan Niqmatulin otururlar. Əynində gödəkcə, başında toxunma şapka olan 7 yaşlı oğlan isə Nazarbayevin sağ tərəfində oturur. Prezidentin uşağa tərəf əyilib onunla nəyisə müzakirə etməsini də kameralar daha diqqətlə görüntüləyirlər.

Sultan Elbasının varisidirmi?

Bu isə tribunalardakı tamaşaçıların diqqətini xüsusi cəlb edir. Bundan sonra diktor alqışlar altında tamaşaçılara oyunda Qazaxıstan prezidentinin də iştirak etdiyini elan edir. Oyun başa çatandan sonra Nazarbayev uşağın əlindən tutaraq lojanı tərk edir. Beləliklə, yarışda iştirak edən klubların oyunları diqqətdən kənarda qalsa da, ölkədə müxtəlif şayiələr yayılır.

Həmin videorolik YouTube-də hokkey matçı ilə bağlı reportajın ən populyar parçası kimi Qazaxıstanın hər yerində böyük maraqla izlənilir. Həmvətənləri belə nəticəyə gəlirlər: elbasının (qazax dilində Nazarbayevin rəsmi tituludur) nikahdan kənar Sultan adlı oğlunun olduğu haqda çoxdankı söhbətlər həqiqət imiş. Qazaxlar həm də belə qənaətə gəlirlər ki, əgər belədirsə, onda bu yeganə oğul elbasının varisi olacaq. Çünki Qazaxıstan prezidentinin rəsmi nikahından üç qızı var.

Prezidentin sevgilisi - Qazaxıstan gözəli

“Youtube”dəki videoportalda isə iki kişinin telefon danışığı yerləşdirilib. Onlardan birinin səsinin Nursultan Nazarbayevə məxsus olduğu iddia edilib. Digər şəxsin isə köməkçi kimi prezidentə daha yaxın olan Bolat Utemuratov olduğu bildirilib. Onlar kottec layihəsini, onun strukturunu, təminatını və digər məsələlərini müzakirə edirlər. Həmin audio yazı “Kosovo-2” adlandırılıb.

İddia edildiyinə görə, telefon danışığında səsi Nursultan Nazarbayevə məxsus olduğu bildirilən adam həmsöhbətinə ağacdan olan evə baxdığını xəbər verir: “...Onlar burada yaşaya bilərlər, gəzişmək üçün də nə qədər istəsən yer var. Oranı təmizləmək, yumaq lazımdır... Mebel, bunu bilmirəm. Bəlkə yataq otağını dəyişək? Aşağıda, kabinet olan böyük otaqda istəyərsə, onun üçün yataq yeri də düzəltmək olar. Düşünürəm ki, bu daha doğrudur”.

“Youtube”dəki danışığı əks etdirən görüntüyə foto da əlavə edilib. Şəkildəkilər arasında üzərində “Miss Qazaxıstan” titulu ilə Asel İsabayeva da var. Nazarbayevin keçmiş kürəkəni iddia edir ki, məhz həmin xanım Qazaxıstan prezidentinin üçüncü arvadıdır. Rahat Əliyevin versiyasına görə, bu cütlüyün oğulları da dünyaya gəlib, məhz onun adı Sultandır.

Qazaxıstanda “VİP səviyyəli oğul və ata” söhbəti diqqət mərkəzində olsa da, geniş müzakirəsinə və hansısa izahata ehtiyac olduğunu iddia etmirlər. Media da bu səbəbdən susqun qalmağa üstünlük verir. Amma bu situasiyanı müxtəlif cür qiymətləndirənlər tapılır. Bəziləri dövlət başçısını nikahdan kənar olduğuna görə məzəmmət, hətta ittiham edirlər. Onlar bu məsələdə Nazarbayevə haqq qazandırmırlar, onun bu addımını bəyənmirlər.

Başqa bir qrup isə düşünür ki, Mərkəzi Asiya ölkələrində bir kişinin bir neçə arvad saxlaması ənənəsi olduğu üçün Qazaxıstan prezidentini də qınamaq, nikahdan kənar oğlu olduğu üçün ona əxlaqsız, pozğun biri kimi yanaşılması doğru deyil. Qazaxıstana gəldikdə, burada da çoxarvadlılıq universitetinə kifayət qədər tolerant yanaşırlar. Hətta heç kəs üçün gizli deyil ki, bu gün Qazaxıstan elitasında təmsil olunanlar arasında, hətta elitadan kənarda daha yaxşı təmin olunan məmur dairələrində, gənclər arasında ikinci ailə saxlamaq prestij kimi qiymətləndirilir. Əhalinin bu hissəsinin demarşını Nursultan Nazarbayev tərəfindən də alqışlandığı bildirilir.

Digər tərəfdən, bu ölkədə indi ailələrdə uşaq sayının çox olması gündəmdədir. Hətta Qazaxıstan hakimiyyəti artıq ailələrdə çox uşağın dünyaya gəlməsini ciddi təbliğ edir. Təsadüfi deyil ki, Nazarbayev nikahdan kənar oğlu ilə hokkey oyununda görünəndən bir neçə gün sonra ölkənin qadın ictimaiyyəti ilə görüşündə “Dəyərli ailə” adının təsis olunması təklifi ilə çıxış edib. Prezident hətta öz təcrübəsindən də danışıb:

“Yaşlandıqca başa düşməyə başlayırsan ki, ailənin dəyəri uşaqlarla birlikdədir, əgər onlara düzgün tərbiyə vermisənsə, bu da adama zövq verir”.

Elbasının həmvətənlərinə hokkey oyunu zamanı verdiyi digər mesaj da az vacib hesab olunmur: “Baxın, mən sağlamam və mənim səhhətimlə bağlı söz-söhbətlərə baxmayaraq, hakimiyyəti etibarlı əldə saxlayıram”.

Bunu Nazarbayevin kişiyana davranışı kimi etiraf edənlər də olub.

Prezidentin absurd teatrı

Qazaxıstan prezidentinin arvadları - onlar kimlərdir və Nursultan Abişeviçə necə təsir göstərirlər? Bu haqda prezidentin keçmiş kürəkəni Rahat Əliyev müsahibələrindən birində danışıb.

- Düzünü desəm, boşanma artıq de-yure olub. Düşünmürəm ki, Sara Alpısovna ilə Nursultan Abişeviçin söhbətləri haqda yeni nəsə söyləyə bilərəm. Biz Sara Alpısovna ilə qonşuluqda yaşamışıq. 1997-ci ildə, prezident Astanaya gedəndən sonra onlar faktiki olaraq iki şəhərdə yaşayırdılar. Sara Alpısovna Almatıda qalmışdı, bəli, Nursultan Abişeviç onu özü ilə götürmək istəmirdi.

Bunun iki səbəbi vardı. Birinci səbəb bu idi ki, prezident Sara Alpısovna ilə uzun müddətli ittifaqdan azad olmaq istəyi idi. Nazarbayev sovet sistemində böyüyən hiyləgər aparat işçisi kimi siyasətdə də, ailəsində də, hətta öz uşaqları ilə münasibətdə də eyni taktikadan istifadə edib. O, hiyləgər prezident oyununu necə ofisdə oynayıbsa, beləcə öz evində də davam etdirib. O dayana bilmirdi və bu absurd teatrını biz ailədə də müşahidə etmişik.

O bir şey danışır, tamamilə başqa şey düşünürdü. Ona inanmaq mümkün deyildi. Əlbəttə, siyasət - bu çirkin işdir. Amma Nazarbayev özünə siyasətin mənfi tərəfini seçib.

Əlbəttə, hər bir ailədə olduğu kimi münaqişələr baş verib. Mübahisə də ediblər, danışmayıblar. Amma davaya qədər gedib çıxmayıb. Hər şeyə rəğmən onlar ziyalı adamlardır. Əlbəttə, mübahisələr baş verib. Amma Sara Alpısovna həmişə münaqişəni yoluna qoymağa cəhd edib. Prezidentə gəldikdə, o da mübahisələrin evin içindən bayıra çıxmasını istəməyib. Onlar uzun müddət birgə yaşayıblar, son zamanlar Astanaya daşınandan sonra münasibətləri qardaş və bacı kimi qalıb.


Nazarbayevin Bişkekdəki sevgilisi

“Azadlıq radiosu”nun Qazaxıstan redaksiyasına Nursultan Nazarbayevin Turqan adlı gənc qırğız qızının ilk sevgilisi olduğu məlum olub. Lap kinodakı kimi, amma bu sevgi uğursuz nəticələnib.

1961-ci ilin noyabr ayında Bişkek hava limanına (o vaxt Frunze adlanırdı) Karaqandadan gələn kiçik təyyarə enir və pillələkənlərlə yavaş addımlarla kostyumda, ağ köynəkdə, qara qalstuklu və panama ilə yaraşıqlı gənc oğlan düşür. Bu, Qazaxıstanın gələcək prezidenti Nursultan Nazarbayev olur, onun Karaqandaya gəlişini qeyr-rəsmi, dostluq səfəri kimi dəyərləndirirlər.

O vaxt Qazaxıstanın indiki prezidentinin 21 yaşı vardı, o artıq sürətlə siyasi idarəçilik karyerası toplamağa başlamış, poladəridən kimi prestijli ixtisası və kifayət qədər pulu vardı. Nursultan Karaqandaya yaxın dostu Maratın toyuna gəlmişdi. Amma toyda iştirak edən Nursultanın daha ciddi missiyası vardı, o, Tibb Universitetinin Turqan adlı tələbəsi üçün elçiliyə gəlmişdi. 1958-ci ildə ilk dəfə bir-birini görən gənclər buna qədər yazışırdılar. Sonra Nursultan Ukraynada təhsil almağa gedir və 1960-cı ildə Temirtauya diplomlu işçi kimi qayıdır. Nursultanın anası bu müddətdə Frunzeyə, tələbə Turqan Abdıkərimova üçün bağlama ilə alma və digər meyvələr göndərir.

Dostu Maratın toyuna gələn Nursultan Turqanla da münasibətlərini aydınlaşdırmağa tələsirdi. Amma onu uğursuzluq gözləyirdi: qızın atası onu uzaq Qazaxıstana ərə vermək istəmir. Onda hirslənən Nursultan Turqanın rəfiqəsi Zina Çınıbayevanı başdan çıxarır, bir müddət onunla da ilə sevgi romanı yaşayır. Bu davranışı Maratın xoşuna gəlmir və o elə edir ki, Nursultanla Zina arasında heç nə alınmır. Beləliklə, qızlardan heç biri ilə evlənə bilməyən Nursultan heç vaxt bir də onları görə bilmirlər.

Nazarbayevin neçə uşağı var?

Nazarbayevin Qazaxıstanda nə qədər uşağının olduğunu bilən yoxdur. Amma prezidentin Asel İsabaeva adlı gənc arvadının olduğunu bir çoxları bilir. Bu xanımın prezidentə çox ciddi təsir imkanının olduğu da iddia olunur. Digər iddiaya görə, nazirlər, digər idarə, müəssisə rəhbərləri məhz bu qadınla ümumi dil tapıb onun vasitəsilə Nazarbayevə yaxınlaşmağa çalışırlar. Keçmiş kürəkəninin sözlərinə görə, Nazarbayevin şəxsi təyyarəsindəki stüardessalardan biri ilə münasibəti olub: “Bir neçə il sonra prezident onu Avstriyaya turist menecerliyi üzrə oxumağa göndərib. Həmin xanım bundan sonra “Ankara” otelində, sonralar Nyu-Yorkda baş konsul işləyib. Əgər səhv etmirəmsə, onun adı Rauşan Esbulatova idi. Qadınlar onun xoşuna gəlirdi və onları onun üçün Kanat Saudabaev və digər işlərini idarə edənlər gətirirdilər. Tanınmış müğənnilər, incəsənət adamları, jurnalistlər – belə qadınlar onun xoşuna gəlirdi.

... O, televizora baxar, bəyəndiyi diktorları, aparıcıları özü də seçərdi. Onun belələrinə qarşı nəsə zəif damarı vardı. “Xəbərlər”in, “Qazaxıstan-1” in jurnalistlərinin çoxunu götürər, rəsmi nümayəndə heyətinin tərkibində özü ilə aparardı. Bir tərəfdən bu ezamiyyət, digər tərəfdən mənalı vaxt keçirmək kimi yozulurdu.

Əgər mən Nursultan olsaydım, 3 arvadım olardı

Qazaxıstanda indi bu deyim dəbdədir: “Əgər mən Nursultan olsaydım, 3 arvadım olardı”.

“Od olmasa, tüstü çıxmaz” atalar məsəlini də xatırlayanda Qazaxıstan prezidenti haqda yayılan bu söz-söhbətlərin heç də əsassız olmadığı üzə çıxır.

Rahat Əliyev isə iddia edir ki, prezidentin uzunmüddətli münasibətdə olduğu Gülnarə Rakişeva adlı stüardessa ona iki qız dünyaya gətirib və indi Qərbdə yaşayır: “O, fəal şəkildə kadr məsələlərini də həll edirdi. Gülnarə hətta öz atasını, adi podpolkovniki müdafiə nazirinin müavini təyin etdirmişdi. O, prezidenti məcbur etmişdi ki, atasını müxtəlif hökumət mükafatları ilə təltif etsin, hətta general rütbəsi versin.

Prezident Nazarbayevin ətrafındakılar –Tasmaqambetov, Dosmuhametov, Utemuratov bəzən əvvəlcə qızlarla özləri münasibət qurmağa cəhd edər, sonra onları öz bosslarına verərdilər. Belə hadisələr də olub. Yadımdadır, Gülnarə Rakişeva Astanada yaşayanda Nazarbayevlə paralel olaraq maliyyə polisində çalışan bir nəfərlə də görüşürdü. Unutmamışamsa, onun soyadı Cultanbekov idi. Günlərin birində Nursultan Abişeviç bundan xəbər tutur, onların çox ciddi qalmaqalı olur. Nəticədə, onlar barışırlar, amma Nazarbayev bunu yaddan çıxartmır və onu cəzalandırır. Cultanbekov 2007-ci ildə 7, ya da 8 il həbsxanaya göndərilir.

Bir hadisə xatirimdədir, Nazarbayev Çində olarkən qazax əsilli bir müğənnini görür, onu Kanat Saudabayevlə birgə Qazaxıstana gətirir. Onun ərinə Almatıda hansısa klub inşa edirlər. Müğənniyə isə bir neçə mənzil ayırırlar. Bu müddətdə onun digər qadınlarla yanaşı, həmin müğənni ilə də münasibəti olur. Mükafatlandırır, xalq artisti adı verir. Sonra fransalı senator dostuna Parisdə tapşırıq verir: onu Parisdə operaya işə düzəldirlər”.



Gənc Nursultan öz anası ilə...


Nazarbayevin uşaqlıq illəri, ailəsi ilə...


Nursultan Nazarbayev və ailəsi...


Nazarbayevin cavanlıq səhvi - sevgilisi...


Prezidentin qızları...


Ölkə başçısı və birinci ledi...


Qudalar - Nazarbayevlər və Akayevlər..


Prezident və xanımı...

Modern.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm