• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İran Təl-Əvivi hədələdi

  • Dünya
  • 22 Fevral 2015 06:13
  • 473 Baxış
İran Təl-Əvivi hədələdi

İranın dini lideri Ayətullah Əli Xamneyinin İnqilab Keşikçiləri Korpusundakı ali nümayəndəsi Höccətülislam Müctəba Zülnur İsrailə sərt mesaj verib.

Axar.az xəbər verir ki, general İsrailin xırda səhvinin ona baha başa gələcəyi xəbərdarlığını edib: “Sionist rejim (İsrail) bir səhv etsə, on dəqiqədən də qısa bir müddətdə Tel Əvivi yox edərik”.

İran Radio və Dövlət Televiziyası nəzdində fəaliyyət göstərən Jurnalistlər Klubuna danışan Höccətülislam Zülnur bu sözləri İsrail Xarici İşlər naziri Aviqdor Libermanın İranın nüvə stansiyalarının vurulması ilə bağlı sözlərinə cavab olaraq bildirib: “Sionist rejim döyüşü qazanacağına inansaydı, bu günü sabaha təxirə salmaz, cəhd edərdi. Ancaq buna gücləri çatmaz. Onlar yalnız qorxu yaratmağa çalışırlar, heç bir şey edə bilməzlər. Sionist rejim şansını sınamaq istəsə və İrana raket hücumu etmək xəyalına düşsə, o mərminin tozu-dumanı torpaqlarımıza çatmazdan əvvəl bizim raketlərimiz 6-7 dəqiqəyə Tel Əvivin ürəyinə çataraq sionist rejimi yox edər və imamın (İnqilab lideri Ayətullah Xomeyni) əmrini reallaşdırmış olarıq. Sionistlər qorxaqdırlar. HƏMAS ilə bacara bilmirlər. HƏMAS ilə Hizbullahın gücü İranın hərbi gücünün kiçik bir hissəsinə bərabərdir”.

Xatırladaq ki, Aviqdor Liberman İsrail televiziyasına verdiyi müsahibədə İranın nüvə fəaliyyəti mövzusunda Baş nazir Netanyahunu tənqid edərək “Vuracaqsan vur, danışma”, - ifadələrini işlətmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR