Terrorçular 89 uşaq oğurlayıb
Bizi izləyin

Dünya

Terrorçular 89 uşaq oğurlayıb

Cənubi Sudanda naməlum yaraqlılar azı 89 uşağı oğurlayıblar.

Publika.az-ın məlumatına görə. BMT Uşaq Fondunun (UNICEF) nümayəndələrinin bildirdiyinə görə, hücum ölkənin şimalındakı şəhərlərdən birində baş verib. UNICEF-də qeyd edirlər ki, tutulan uşaqların sayı bundan xeyli çox ola bilər.

Qeyd edək ki, Cənubi Sudanda xeyli vaxtdır müharibə gedir. Münaqişədə 20-yə yaxın müxtəlif silahlı qruplaşma iştirak edir. Ölkənin 12 milyonluq əhalisinin yarıdan çoxu humanitar yardıma möhtacdır. Müharibədən və etnik təmizləmədən yaxa qurtarmağa çalışan yüz mindən çox qaçqın BMT-nin hərbi bazalarına sığınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm