Dünya
"Boko Haram" şəhərdən qovuldu
Nigeriya hərbi qüvvələri strateji şəhərin nəzarətini Boko Haram qrupundan geri aldığını bildirib.
Publika.az-ın məlumatına görə, hərbi qüvvələrin Tvitter səhifəsində açıqlanan mesajda yaraqlıların bu ilin əvvəli iki min adamın ölümülə nəticələnmiş qətliam törətdiyi Baqa şəhərinin nəzarətini ələ keçirdiyi bildirilib. Nigeriya, Çad, Niger və Kamerunun sərhəddində əsas təchizat yolu üzərində yerləşən şəhərə yanvar ayından yaraqlılar nəzarət edirdi. Şəhər sakinlərinin çoxu ərazini tərk etməli olub.
Nigeriya hərbi qüvvələri şənbə günü baş vermiş döyüş zamanı tələfatlar verildiyini və ərazinin təmizləndiyini bildirib. Hərbi qüvvələr döyüşlə bağlı təfərrüatların bir qədər sonra açıqlanacağını bəyan edib. Bəyanatda həmçinin şəhərə nəzarətin geri alınması əməliyyatının Nigeriya hərbi hava qüvvələrinin müşayiətilə keçirildiyi bildirilib.
Baqa şəhəri Boko Haram qrupuna qarşı mübarizə aparan birgə qüvvələrin Doron Baqa hərbi bazasına yaxın yerləşir. Keçən ay Niger, Çad və Kamerunun yaraqlılarla mübarizə aparmaq üçün Nigeriyaya hərbi qüvvə göndərdikdən sonra ərazidə döyüşlərin artdığı müşahidə edilir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...