Dünya
Eşton Karter gözlənilmədən Əfqanıstana səfər edib
ABŞ-ın yeni müdafiə naziri Eşton Karter gözlənilmədən Əfqanıstana səfər edib.
Publika.az-ın məlumatına görə, Eşton Karter Kabildə mətbuat konfransında ABŞ-ın Əfqanıstanda missiyasının uzun müddətli uğurunu qiymətləndirmək üçün ölkəyə səfər etdiyini deyib. Onun bildirdiyinə görə, ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların hərbi qüvvələrinin Əfqanıstanda mövcudluğu ilə bağlı müdafiə nazirinin qiymət verməsini istəyib. Eşton Karter bildirib ki, prezident Obama lazım olsa, əsgərlərin ölkədən çıxarılması prosesinin dayandırıla biləcəyini istisna etmir.
Eşton Karter Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşdə Amerika hərbi qüvvələrin sayının azaldılması, eləcə də Əfqanıstan təhlükəsizlik qüvvələrinin Talibana qarşı mübarizə səylərini müzakirə edib. Prezident Əşrəf Qani müxbirlərə deyib ki, Talibanla sülhün əldə edilməsi perspektivlərinin indi 30 illə müqayisədə daha yaxşı olduğunu deyib, lakin detallara varmayıb.
ABŞ-ın müdafiə nazirinin Əfqanıstanda Amerika əsgərləri ilə görüşü planlaşdırılıb.
Hazırda ABŞ-ın Əfqanıstanda 10 minə yaxın əsgəri qüvvəsi var.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu