• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İŞİD daha bir məscidi partladıb

  • Dünya
  • 22 Fevral 2015 10:11
  • 739 Baxış
İŞİD daha bir məscidi partladıb

İraq ərazisindəki tarixi tikililərdən biri olan əl-Fərrux məscidi İŞİD qruplaşmasının yaraqlıları tərəfindən partladılıb.

İraqın Ənbar əyalətinin administrasiyasının nümayəndəsi Süleyman əl-Qabsi məscidin maksimum dağılmasına nail olmaq üçün yaraqlıların tikilinin bütün parametri boyu partladıcı yerləşdirdiklərini deyib. Onun sözlərinə görə, partlayış nəticəsində məscid təməlinə qədər dağılıb.

Ənbar əyalətində Ər-Ramadi şəhərindən 90 kilometr qərbdə yerləşən əl-Fərrux məscidinin əsası VII əsrin birinci yarısında xəlifə Ömər ibn əl-Xəttabın hakimiyyəti dövründə qoyulmuş və onun şərəfinə adlandırılmışdı. İndiyədək dəfələrlə bərpa edilən məscid son zamanlara qədər əyalət rəhbərliyinin xüsusi hesabında olub.

İraqın turizm və tarixi abidələr nazirliyinin məlumatına əsasən, İŞİD-in nəzarətində olan ərazilərdə son bir il ərzində 30-a yaxın tarixi əhəmiyyət kəsb edən dini tikili məhv edilib. Onların arasında Mosul şəhərində yerləşən Yunus Peyğəmbərin məscidi də var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR