• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Rusiya Dünya müharibəsinə hazırlaşır

  • Dünya
  • 22 Fevral 2015 17:18
  • 663 Baxış
Rusiya Dünya müharibəsinə hazırlaşır

"Rusiya faktiki olaraq dünya müharibəsinə hazırlaşır".

Axar.az xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi ekspert Pavel Felqenqauer çıxış edib. Felqenqauer Rusiya ilə NATO ölkələri arasında 2020-ci ildən sonra hərbi toqquşmanın ola biləcəyini istisna etməyib. Rusiyanın təkcə Donetskə təsir etməklə, bütün Ukraynaya təsir etdiyini qeyd edən Felqenqauer NATO ilə müharibəyə hazırlaşdıqlarını bildirib.

"Rusiya ordunun yenidən silahlandırılması proqramını həyata keçirir. Baş Qərargah rəhbəri Valeri Gerasimov açıq şəkildə deyirdi ki, bizim silahlı qüvvələrimiz dünya müharibəsinə hazırlanır. Bu, praktiki olaraq qaçılmazdır. Mən düşünürəm ki, dünya müharibəsi 2025-ci ildə başlayacaq. 2020-ci ildən sonra böyük regional münaqişələr start götürəcək. Bizim böyük ərazimizdə və Arktikadakı təbii resursları bizdən almaq üçün bütün dünya bizə qarşı hücum edə bilər. Əsas rəqibimiz ABŞ və Çindir. İstənilən yolla Ukraynanı tutmaq lazımdır", - Felqenqauer vurğulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR