Dünya
Yeddi yaşlı kamikadze qız bazarda özünü partlatdı
Nigeriyanın Potiskum şəhərində yeddi yaşlı kamikadze qız üzərindəki bombanı partladıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror aktı nəticəsində beş nəfər ölüb, 19-u yaralanıb.
Şəhər bazarına giriş zamanı polislər qızı yoxlamaq istəyib. Kamikadze elə bu vaxt üzərindəki bombanı işə salıb.
Hələlik heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. Ancaq Nigeriya hakimiyyəti terror aktının “Boko Haram” radikal qruplaşması tərəfindən törədildiyini hesab edir.
“Boko Haram” Nigeriya və qonşu ölkələrdə fəaliyyət göstərən terror qruplaşmasıdır. O, şəriət qaydaları ilə idarə olunacaq dövlətin yaradılmasını qarşısına məqsəd qoyub.
Ömər Dağlı
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!