
Ukrayna ordusu və Rusiyameylli separatcılar atəşkəs razılaşmasına uyğun olaraq ağır hərbi texnikanı cəbhə xəttindən geri cəkməklə bağlı razılığa gəliblər.
Publika.az-ın məlumatına görə, Atəşkəsə Birgə Nəzarət və Koordinasiya Mərkəzinin sözçüsü Petro Kanonik bildirib ki, proses fevralın 22-dən başlayaraq iki həftə davam edəcək.
Almaniya və Fransanın vasitəciliyi ilə əldə olunmuş və fevralın 15-dən qüvvəyə minmiş razılaşmaya gorə, ağır texnikanın geri cəkilməsi prosesi fevralın 17-də başlamalı, martın 3-dək başa catmalı idi. Lakin strateji Debaltsevo şəhərindəki döyüşlər ucbatından proses ləngiyib.