Səudiyyədə rəqs edənlər həbs olundu
Bizi izləyin

Dünya

Səudiyyədə rəqs edənlər həbs olundu

Səüdiyyə Ərəbistanında "ədəbsiz rəqslərə" görə həbslər keçirlib.

Publika.az-ın məlumatına görə, əxlaq polisi bir qrup gənci ad günü məclisində rəqs etdiklərinə görə həbs edib. Hökümətpərəst "Ayn əl-Yum" saytının yaydığı məlumata əsasən, onlar Səüdiyyə Ərəbistanın mühafizəkar adətlərilə tanınan Burayda şəhərində Əxlaq və Tərbiyyə Komitəsi əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Komitə əməkdaşları özəl evlərdən birində "səs-küylü musiqi çaldırıldığı və ədəbsiz rəqslər edildiyinə görə" axtarış apararaq oradakı bütün kişiləri həbs ediblər. Polis irəli sürülmüş ittihamları araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm