İŞİD İraq ərazisində bütün kitabxanaları məhv edir
Bizi izləyin

Dünya

İŞİD İraq ərazisində bütün kitabxanaları məhv edir

İraq İslam Şam Dövlətinin (İŞİD) döyüşçüləri Mosul şəhərindəki mərkəzi kitabxananı partladıblar.

Publika.az “Elaf” agentliyinə istinadən xəbər verir ki, bunun nəticəsində 10 mindən yuxarı kitab məhv edilib.

Kiabxananın direktorunun sözlərinə görə, 3 mərtəbəli bina partladılıb və tezliklə alova bürünüb. İŞİD döyüşçüləri isə binanın həyətində kitablardan tonqal qalayıblar. Məhv edilən kitablar və əlyazmalar İraq dövlətinin mədəni irsi sayılırdı. Aralarında tarixə, fəlsəfəyə, mədəniyyətə aid nadir əlyazmalar vardı.

Ənbar vilayətinin başçısı Ədəl əl Fəhdui isə bildirib ki, son aylarda terrorçular İraq ərazisində onlarla kitabxana, 100 mindən çox kitab məhv ediblər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm