İŞİD üzvlərinin “Twitter”də 46 min hesabı var
Bizi izləyin

Dünya

İŞİD üzvlərinin “Twitter”də 46 min hesabı var

Ötən həftə Vaşinqtonda terrorizmlə mübarizəyə həsr edilmiş beynəlxalq konfrans keçirildi.

Publika.az “Times” qəzetinə istinadən xəbər verir ki, konfrans iştirakçıları dünyanın ən populyar sosial şəbəkələrdin biri olan “Twitter”in rəhbərliyindən İraq İslam Şam Döyüşçülərinə məxsus olan, həmçinin onlara rəğbət bəsləyən şəxslərin hesablarını bağlamağı xahiş ediblər.

Brukins institunun analitiki D.M. Berger deyib ki, “Twitter”də terorçulara məxsus 46 min hesab var. Onun araşdırmasına görə, “Twitter” başqa social şəbəkələrdən fərqli olaraq terrorçular arasında daha populyardır.

Berger hesab edir ki, “Twitter”dəki belə hesablar mütləq bağlanmalıdır:

“Sosial şəbəkələr terrorçuluqla mübarizə aparmağa borclu deyil. Lakin onların təbliğatına, reklamına da yardımçı olmamalıdır”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm