Kameron müharibə elan etdi: Rusiya agentləri tapılsın!
Bizi izləyin

Dünya

Kameron müharibə elan etdi: Rusiya agentləri tapılsın!

Böyük Britaniyanın baş naziri Devid Kameron Birləşmiş Krallıqda işləyən Rusiya xüsusi xidmət orqanlarının agentlərinin axtarışı və izlənilməsinin aktivləşdirilməsi barədə göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti Britaniyanın Mİ5 əks-kəşfiyyatındakı mənbələrə istinadən bildirib.

Nəşrin məlumatına görə, Britaniya hökumətinə hava məkanını “narahat edən” Rusiya bombardmançıları ilə bağlı təhlükəsizlik ölçülərinin sərtləşdirilməsi tapşırılıb.

RİA xəbər agentliyi isə Rusiya xüsusi xidmət orqanlarına istinadən yazıb ki, Mİ5, MI6 (hərbi kəşfiyyat) və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi yanında rusdilli agentlərin toplanılmasına başlayıb. Onların qarşısına qoyulan əsas məsələlərdən biri rusdilli həmsöhbətlərin telefon söhbətlərinin qulaq asmaq olacaq.

“Sunday Times” nəşrinin məlumatına görə, Devid Kameron Rusiya kəşfiyyatına əks-təsir sahəsində siyasətin dəyişikliyini bu gün İctimai Palatada edəcəyi çıxışında rəsmən elan edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm