İŞİD İran səfirinin iqamətgahına hücum etdi
Bizi izləyin

Dünya

İŞİD İran səfirinin iqamətgahına hücum etdi

Liviyanın paytaxtı Trablusda İran səfirinin qaldığı iqamətgaha İŞİD tərəfindən hücum təşkil edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, iqamətgahın qarşısında yarım saatlıq fasilə ilə iki bomba partladılıb.

Hadisə baş verən zaman səfir Liviyada olmayıb. Partlayış nəticəsində ölən və yaralananların olmadığı xəbər verilir. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Qeyd edək ki, İŞİD hakimiyyət boşluğunun olduğu Liviyada son vaxtlar aktivləşib. Bir müddət əvvəl 21 misirli xristianın edam edilməsi isə İŞİD-in Liviyada necə qorxulu bir gücə çevrildiyini göstərdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm