Qələbə qazanmağın yolu: “Fələstinlilər edam edilməlidir!”
Bizi izləyin

Dünya

Qələbə qazanmağın yolu: “Fələstinlilər edam edilməlidir!”

İsrailın xarici işlər naziri Aviqdor Liberman Sderot şəhərinə səfərində Qəzza sərhədindəki bir təpədə etdiyi çıxışında fələstinli məhkumların sərbəst buraxılmasını tənqid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, israilli nazir fələstinli məhkumların edam edilməli olduğunu deyib.

“Çünki fələstinli məhkumlar gələcəkdə bir məhkum mübadiləsi ilə sərbəst qalacaqlarından əmindir və həbsdə yatarkən universitet oxuyurlar. Bizim əsl problemimiz terrorçuları sərbəst buraxmağımız və Həmasın kökünü qazmaq əmrini verməməyimizdir”, - Liberman söyləyib.

Libermanın sözlərinə görə, Həmas problemini həll etmədən İran haqqında danışmaq mümkün deyil.

Qeyd edək ki, İsraildə 17 martda parlament seçkiləri keçiriləcək. Liberman özünün qurduğu “Evimiz İsrail” Partiyası ilə seçkilərə gedir. Onun “fələstinlilər edam edilməlidir” çağırışının da seçkilərdə uğur qazanmağa xidmət etdiyi güman edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm