Rusiya Ukraynaya qarşı “qaz müharibəsi”nə başladı
Bizi izləyin

Dünya

Rusiya Ukraynaya qarşı “qaz müharibəsi”nə başladı

Rusiyanın “Qazprom” şirkəti 22 fevralda təbii qazın çatdırılması üzrə Ukraynanın “Naftoqaz” şirkətinin sifarişini yerinə yetirməyərək Brüsseldə əldə olunan Brüssel razılaşmalarını pozub.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Naftoqaz” şirkətinin xəbərində deyilir.

“Naftoqaz” Rusiya şirkətindən şifarişin yerinə yetirilməməsinin səbəbləri barədə izahat tələb edib. “Müqavilə çərçivəsində sifariş edilmiş 114 milyon kubmetr qazın əvəzinə “Qazprom” yalnız 47 milyon kubmetr qaz çatdırıb. Bu 2014-cü il oktyabrın 30-da Brüsseldə Rusiyanın energetika naziri Aleksandr Novakom, Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Hünter Ettinqer və Ukraynanın energetika naziri Yuri Prodanom arasında əldə olunan üçtərəfli razılaşmanın pozulması deməkdir”, - “Naftoqaz” şirkətinin xəbərində deyilir.

Həmçinin bildirilir ki, üçtərəfli Brüssel protokolunun pozulması haqqında xəbərdarlıq bu gün Ukraynanın Nazirlər Kabineti və Avropa Komissiyasını göndərilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm