Türkiyə parlamentində yenə dava düşdü
Bizi izləyin

Dünya

Türkiyə parlamentində yenə dava düşdü

Türkiyə Böyük Millət Məclisi (TBMM) növbəti dəfə millət vəkilləri arasındakı qalmaqala səhnə olub.

ANS PRESS-in məlumatına görə, hadisə, daxili təhlükəsizlik barədə qanun layihəsinin müzakirə olunduğu plenar iclasda baş verib.

Separatçı kürdlərin partiyası olan HDP üzvləri irəli sürdükləri təklifin oxunmadığını deyərək vitse-spiker Sadiq Yaquta şikayət ediblər.

Bu vaxt Sadiq Yaqut AKP-nin Burdurdan olan millət vəkili Bayram Özçelike digər təklifi oxumasını tapşırır.
Özçelik təklifi oxumaq istədiyi vaxt isə gərginlik baş verir. Belə ki, HDP Mardin millət vəkili Adil Zozani Özçelikin qarşısında olan mikrofona zərbə endirir. Zərbə ilə mikrofon sınır və yoldaşları Zozanini həmin yerdən uzaqlaşdırır.

Bundan sonar vitse-spiker Sadiq Yaqut iclasda 10 dəqiqə fasilə elan edir. Fasilə zamanı TBMM-nin texniki heyəti sınmış mikrofonu təmir edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm