“Səddam Hüseyn” Çili Müdafiə Nazirliyinin saytını dağıtdı - FOTO
Bizi izləyin

Dünya

“Səddam Hüseyn” Çili Müdafiə Nazirliyinin saytını dağıtdı - FOTO

Özünü İraq İslam Şam Dövlətinin tərəfdarları kimi bəyan edən hakerlər qrupu Çili Müdafiə Nazirliyinin saytını ələ keçiriblər.

Publika.az-ın məlumatına görə, kiberhücum özünü “Səddam Hüseyn” adlandıran haker tərəfindən həyata keçirilib. Çili Müdafiə Nazirliyinin saytı düz bir saat ərzində tam onun nəzarətində olub.

Saytın əsas səhifəsində “Biz İslam dövlətiyik, Allah birdir” sözləri yazılıb.

Xatırladaq ki, bundan əvvəl, 12 yanvar tarixində həmin haker qrupu ABŞ ordusu mərkəzi komandanlığının “Twitter”dəki hesabını ələ keçirmişdi. Həmin vaxt hərbçilərin səhifəsində “Amerikalı əsgərlər, qorxun, İslam Xilafəti gəlir” sözləri yazılmışdı.

Ancaq virtual aləmdə radikal islamçılara savaş açan qruplar da var.

“Anonymous” adlı haker qrupu bu ilin fevral ayından İŞİD tərəfdarlarına virtual müharibə elan edib: “Biz sizin bütün sayt və şəxsi hesablarınızı dağıdacağıq. Bundan sonra virtual aləmdə sizin üçün təhlükəli yer olmayacaq. Əgər siz virussunuzsa, biz də antivirusuq”.

“Anonymous” indiyədək radikalların sosial şəbəkələrdə 800-dək hesabını dağıdıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm