Deputatlar maaşlarının azaldılmasını xahiş edəcəklər
Bizi izləyin

Dünya

Deputatlar maaşlarının azaldılmasını xahiş edəcəklər

Dövlət Dumasının deputatları əmək haqlarının ixtisarı haqqında təkliflə prezident Vladimir Putinə müraciət edəcək.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, təşəbbüs 2015-ci ildə federal büdcəyə düzəlişlərlə əlaqədar müzakirələrin gedişatında irəli sürülüb.

“Mən Dövlət Dumasının dörd fraksiyasının üzvü olan deputatların maaşlarının ixtisarı imkanı haqqında məsələni müzakirə etməyi xahiş etdim. Bu dövlət başçısının səlahiyyətində olan məsələdir. Əgər təklifim fraksiyalardan müsbət cavab alarsa, biz prezidentə müraciət edəcəyik”, - Narışkin vurğulayıb.

Dövlət Dumasının deputatlarının maaşı Rusiyanın prezident fərmanına əsasən, 2014-cü ili 1 sentyabr tarixindən 420 min rubl təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm