Moskvada ən isti qış
Bizi izləyin

Dünya

Moskvada ən isti qış

Dekabrdan fevrala qədər olan təqvim qışı Moskva şəhərinin tarixində ən isti qış olacaq.


Publika.az-ın məlumatına görə, bu barədə Rusiyanın hidrometeoroloji mərkəzi məlumat yayıb. Məlumata görə, , fevralın 24-dək paytaxtda orta temperatur mənfi 3,7 dərəcə təşkil edib. Bu, 1961-1990 illər ərzində müşahidə olunan orta temperaturdan demək olar ki, 4 dərəcə yüksəkdir.


Bu qış, eyni zamanda uzun illər ərzində aparılan müşahidələrin orta göstəricisinə nisbətən yağıntı miqdarının çoxluğu ilə də fərqlənib. Ümumilikdə isə üç ay ərzində şəhərə 160 millimetr yağıntı düşüb ki, bu da normadan 26 millimetr çoxdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm