Keçmiş prezidenti sürüyə-sürüyə məhkəməyə gətirdilər
Bizi izləyin

Dünya

Keçmiş prezidenti sürüyə-sürüyə məhkəməyə gətirdilər

Maldiv Respublikasının məhkəməsi keçmiş dövlət başçısı və müxalifət lideri Məhəmməd Naşidi 3 il əvvəl bir hakim barəsində həbs əmri verdiyi üçün mühakimə edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dünən saxlanılan Naşid bu gün ilk dəfə məhkəmə qarşısına çıxıb.

Naşidin məhkəmə binası qarşısında toplanan jurnalistlərlə danışması polisin xoşuna gəlməyib. Polis keçmiş dövlət başçısını sürüyərək məhkəmə salonuna gətirib. Aldığı zərbələrdən sonra axsayan Naşid məhkəmə heyətinə onunla pis davranan polislərdən şikayətçi olduğunu söyləyib.

Məhəmməd Naşid 2008-ci ildə 30 il iqtidarda qalan Mamun Abdül Gayyumu məğlub edərək ölkənin demokratik yolla seçilən ilk dövlət başçısı olub. O, müxalifət nümayəndəsini azadlığa buraxan Kriminal Məhkəmənin hakimlərindən olan Abdullah Məhəmmədin həbs edilməsi barədə əmr verib. Naşid ölkədə həftələrlə davam edən etiraz aksiyalarından sonra 2012-ci ilin fevralında istefa verməyə məcbur olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm