Türkiyədə 2 döyüş təyyarəsi qəzaya uğradı: 4 ölü
Bizi izləyin

Dünya

Türkiyədə 2 döyüş təyyarəsi qəzaya uğradı: 4 ölü

Türkiyənin Malatya vilayətində kəşfiyyat uçuşu həyata keçirən iki “RF-4E” döyüş təyyarəsi qəzaya uğrayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 4 hərbçi şəhid olub.

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından verilən məlumata görə, Malatyada yerləşən 7-ci təyyarə bazasından saat 18:07-də planlı gecə uçuşu üçün qalxan iki “RF-4E” kəşfiyyat təyyarəsi ilə saat 19:05-də radar əlaqəsi kəsilib və dərhal axtarışlara başlanılıb.

Məlumata görə, saat 20:45-də hər iki təyyarənin qırıntıları tapılıb. İlkin versiyaya görə, təyyarələr bir-biri ilə toqquşub. Pis hava şərtlərinin də qəzanın səbəbi ola biləcəyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm