• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Amerikalılar 50 ildən sonra ilk dəfə Kubaya ayaq basacaq

  • Dünya
  • 25 Fevral 2015 04:42
  • 253 Baxış
Amerikalılar 50 ildən sonra ilk dəfə Kubaya ayaq basacaq

Son 50 il ərzində ilk dəfə olaraq amerikalılar qanuni şəkildə Kuba siqarlarının dadına baxa biləcək.

Publika.az xəbər verir ki, bazar ertəsi Havanada təşkil olunan ənənəvi siqar festivalında bəzi ABŞ vətəndaşlarının da iştirakına razılıq verilib. Cümə gününədək davam edəcək festivalda ABŞ-dan yüzlərlə turistin gələcəyi gözlənilir. İki ölkə arasında münasibətlərin yaxşılaşmasına baxmayaraq, amerikalıların heç də hamısına Kubaya səfərə gəlməyə icazə verilmir. Hələlik bu imkana yalnız elmi işçilər və Kubada qohumları olanlar malikdir.

ABŞ ilə Kuba arasında münasibətlərin mülayimləşməsi nəticəsində amerikalılar qanuni əsasda Kubada 100 dollar dəyərinədək siqar alııb vətənlərinə apara bilərlər.

Kubaya qarşı ABŞ iqtisadi embarqosu 50 il ərzində tətbiq olunub. 2014-cü ilin dekabrında ABŞ prezidenti Barak Obama Konqresə müraciət edərək Kuba ilə münasibətlərin bərpa edilməsini, iqtisadi embarqonun ləğv olunmasını təklif edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR