Avropa Yunanıstan hökumətinin islahatlar planını bəyənib
Bizi izləyin

Dünya

Avropa Yunanıstan hökumətinin islahatlar planını bəyənib

Avropa zonası ölkələrinin maliyyə nazirləri Yunanıstan hökumətinin təklif etdiyi islahatlar planını bəyəniblər.

Publika.az-ın məlumatına görə, bu plan Yunanıstan maliyyə sisteminin sağlamlaşdırılması proqramının həyata keçirilməsini dörd ay uzadar.

Avropa İttifaqının iqtisadiyyat və maliyyə üzrə ali nümayəndəsi Pierre Moskovisi bəyan edib ki, əldə edilən razılaşma qaçılmaz böhranın qarşısını almağa imkan verib. Yeni Yunanıstan hökuməti özəlləşdirmə prosesini dayandırmaq, sosial ödənişləri artırmaq və minimal əmək haqqını qaldırmaq fikrindən imtina etməyə məcbur olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm