Xəzərlərə hücum oldu
Bizi izləyin

Dünya

Xəzərlərə hücum oldu

Əfqanıstanın cənubunda silahlı şəxslər azlıq təşkil edən Xəzər şiə qrupunun 30 nəfərə qədər üzvünü oğurlayıb.

Publika.az-ın məlumatına görə, hadisə Zabul vilayətində baş verib. Naməluma şəxslər iki avtobusun qarşısını kəsərək sərnişinləri qaçırıblar. Avtobus şirkətinin rəsmisi sürücünün avtobusu saxlayan silahlı şəxslərin ordunun əsgərləri olduğunu düşündüyü üçün dayandırdığını deyib. Rəsmi silahlı şəxslərin qadın və uşaqlara dəymədiyini, yalnız kişiləri girov götürdüklərini bildirib.

Hadisə ilə bağlı təhqiqat aparılır. Hələlik hadisənin məsuliyyətini öz üzərinə götürən olmayıb. Rəsmilər Talibandan şübhələnir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm