Dünya
Kürd deputat: “Sənin bacın oğlu da PKK-dadır”
Daxili Təhlükəsizlik Paketinin müzakirə edildiyi Türkiyə Böyük Millət Məclisində Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyasının (HDP) üzvü olan deputatlar arasında qarşıdurma yaşanıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, MHP-li Oktay Vuralın “Bizə görə PKK qanlı bir terror təşkilatıdır” deməsi HDP-lilər tərəfindən sərt qarşılanıb.
HDP-li Ayla Akat Ata Suriya, İran və İraqda olduğu kimi Türkiyənin daxilində də bir “Kürdüstan” olduğunu söyləyib. Ata “PKK terror təşkilatı deyil” desə də MHP-li Oktay Vural bunun əksini ifadə edərək “Bizə görə PKK qanlı bir terror təşkilatıdır” deyib.
Bundan sonra çıxış edən HDP-li Pərvin Buldan “Bilirsənmi ki, sənin bacın oğlun da oradadır? Sənin bacın oğlun da hazırda PKK sıralarındadır” deyə qışqırıb.
Pərvin Buldanın iddiası ilə əlaqədar danışan Oktay Vural bildirib ki, onun PKK-ya qatılan bacısı oğlu yoxdur. MHP-li millət vəkili yalana görə kürd millət vəkilinə qarşı təzminat iddiası qaldıracağını bildirib.
Ömər Dağlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK